Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Azərbaycanda standartlara cavab verməyən hotellərə sanksiya tətbiq edilə bilər

Azərbaycanda standartlara cavab verməyən hotellərə sanksiya tətbiq edilə bilər

“Keçən ildən etibarən turistlər intensiv şəkildə Azərbaycana gəlməyə başlayıb. Bu da müəyyən maneələrin aradan qaldırılması nəticəsində olub”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, bu mərhələdə əsas vəzifə keyfiyyətli və yüksək təhlükəsizlik xidmətini artırmaq, yeni məhsulu ortaya çıxartmaqdır: “Hazırda 554 hotel qeydiyyata alınıb, onlardan 130-u ulduz sertifikatı alıb. Ola bilsin ki, bunların bəziləri yapışdırılıb, lakin sanksiyalar yoxdur. Qanun layihəsi də bir fürsətdir ki, sanksiyalar tətbiq olunsun. Əgər hansısa hotel standartlara cavab vermirsə, niyə ulduzların sayına təsir göstərirsən. Ona görə də cərimə tətbiq olunmalıdır”.

N.Səmədov deyib ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir: “Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …

Bir cavab yazın