Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Azərbaycanda soyuducu istehsal edən müəssisə hərraca çıxarılıb

Azərbaycanda soyuducu istehsal edən müəssisə hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) sentyabrın 19-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

“Report” xəbər verir ki. hərraca 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyəti olmaqla 166 əmlak çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər Bakıda və bölgələrdə yerləşməklə pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal kimi sahələrə aiddir. Bunlara misal olaraq “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və s. səhmdar cəmiyyətləri aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri də paytaxtla yanaşı Gəncə, Abşeron, Qəbələ, Saatlı, Masallı, İmişli və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 24 – 2100 kv.m arasında dəyişir. Həmin müəssisə və obyektlər məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.

İnvestorlara təklif edilən, torpaq sahəsi 3 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 660 kv.m təşkil edən Goranboydakı “Qovlar tikiş fabriki” yüngül sənayenin inkişaf etdirilməsinə şərait yaradır. Fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək “Çinar” soyuducular zavodunun Şəmkir filialının isə torpaq sahəsi 27,15 min kv.m, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Astara rayonunda yerləşən 45 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 71-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriya üzrə özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 16 – 117 kv.m arasında dəyişir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın