Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Azərbaycanda şirkətin qadın rəhbərinə AĞIR CƏZA

Azərbaycanda şirkətin qadın rəhbərinə AĞIR CƏZA

Dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Run Group” şirkətinin prezidenti İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var. Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.

Həmçinin oxuyun

“Örüş yeri almaq üçün 40 min manat verdim“

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə …