Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Azərbaycanda seçki məntəqəsi yandı – Video

Azərbaycanda seçki məntəqəsi yandı – Video

Şəkidə seçki məntəqəsi yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gecə baş verib. 

FHN-nin rəsmi məlumatına görə, Böyük Dəhnə kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb. 

Kənd Mədəniyyət Klubunun böyük bir hissəsi yanıb, həmin binada həm Məntəqə Seçki Komissiyası, həm də kənd bələdiyyəsi yerləşir. Yanğın MnSK hissədə baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …