Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Azərbaycanda saxta sənəd düzəldən dəstə tutuldu

Azərbaycanda saxta sənəd düzəldən dəstə tutuldu

Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

Beləki, İbrahimov Bəxtiyar Xanhüseyn oğlu, Mühəndis Cabir Məhəmməd Təği oğlu, Əhmədov Şahin Rövşən oğlu, Soltanov İntiqam Həzi oğlu, Əhmədzadə Asim İbrahim oğlu və Nuriya Zərifə Əli qızı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların barəsində Cinayət Məcəlləsinin 318-1.2.3- cü (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə),  318-1.2.2-ci (eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 318.2-ci (sərhədi qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Başlanmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşıb və baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …