Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Kriminal / Azərbaycanda saxlanılan şəxs Polis Şöbəsində intihar etdi

Azərbaycanda saxlanılan şəxs Polis Şöbəsində intihar etdi

Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Belə ki, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Ehtimallara görə, adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.  /APA

Həmçinin oxuyun

Məişət zorakılığı ilə bağlı cinayətlər azalıb

Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 646-sı və ya 4,9 faizi məişət …