Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Azərbaycanda sabiq məmur həbs olundu

Azərbaycanda sabiq məmur həbs olundu

Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.

Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilir ki, adıçəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədilə külli miqdarda pul alıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. /APA

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …