Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Kriminal / Azərbaycanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanda sabiq bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, rayonun Privolnoye kənd sakini Rzayev Əfqan Məhəmməd oğlunun yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan ilkin araşdırma zamanı Cəlilabad rayonunun Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 01.01.2015-ci il tarixdən 01.08.2022-ci il tarixədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu

Yanvarın 27-də 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov Özbəkistanda saxlanılıb. Azərbaycanlı kriminalın iki dövlət- …