Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Kriminal / Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir

Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir

İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq komissiyasının ilk iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən çox sənəd imzalanıb.

“Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir”,-  Sahib Məmmədov qeyd edib.

Həmçinin oxuyun

Axtarışda olan 436 nəfər saxlanılıb

Sentyabr ayının 20 günündə axtarışda olduğuna görə 436 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Azinforum.az Daxili …

Bir cavab yazın