Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Kriminal / Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılır –  FƏRMAN

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılır –  FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Həmçinin Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Həmçinin oxuyun

“Tərtər işi” üzrə daha 5 hərbçi araşdırma tələb edir -MÜRACİƏT

“Tərtər işi” üzrə daha 4 hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror …

Bir cavab yazın