Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / Azərbaycanda qanunsuz dini yığıncaq aşkarlandı – Həbs edilənlər var

Azərbaycanda qanunsuz dini yığıncaq aşkarlandı – Həbs edilənlər var

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə dini yığıncaq təşkil etməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil edilməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini ritualların səsləndirməsi halları müəyyən edilib.

Qeyd olunub ki, bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub. Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran ŞRPŞ-yə gətirilib. Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə (211.1-Epidemiya əleyhinə rejimin,sanitariya-gigiyena və karantin qaydalarının pozulması),(515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması)əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunublar.

Həmçinin oxuyun

Xaçmazda iş adamının səs-küylü qətlini araşdıran prokuror həbs edildi – Təfərrüat

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin sabiq müstəntiqi dələduzluqda təqsirləndirilərək hakim qarşısına …