Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Kriminal / Azərbaycanda qadın sahibkarların sayı 2 dəfə artıb

Azərbaycanda qadın sahibkarların sayı 2 dəfə artıb

Son iki ildə ölkəmizdə qadın sahibkarların sayı 2 dəfə artıb.

Bu barədə baş nazirin müavini Əli Əhmədov “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu tendensiya davam edəcək və qadınlar sahibkarlığın inkişaf etməsinə töhfə verəcəklər.

“Qadın sahibkarlığı problemi kifayət qədər aktual, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzudur. Bu problem hər bir müasir cəmiyyət üçün vacib əhəmiyyət kəsb edən 2 məsələnin həllində mühüm rol oynayır. Bunun biri qadın hüquqlarının təmin edilməsi, gender bərabərliyinin həll edilməsi ilə əlaqədardır. Qadınınların hüquqlarının qorunması bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi ilə bilvasitə əlaqədardır. Bu mənada qadın sahibkarlığının inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir. İkinci məsələ qadın sahibkarlığının inkişaf etdirilməsi, sahibkarlığa meyilliyin gücləndirilməsi cəmiyyətin iqtisadi fəallığının artmasına kömək edir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycanda qadın sahiblarlığının inkişafı üçün ciddi əsaslar yaradılıb. “Qadın sahibkarlar üçün güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı ilə məşğul olanların vergidən azad olunması ölkədə sahibkarlığın inkişafı üçün ciddi əsaslar yaradır. Bundan sahibkarlar, xüsusilə qadın sahibkarlar yararlanmağa çalışırlar. Son vaxtlar qadın sahibkarların fəaliyyətinin artması müşahidə edilir. Sahibkarlığın inkişafının kökündə duran səbəblərdən biri qadınların ictimai həyatda rolunun artması ilə əlaqdardırsa, ikincisi əhali arasında iqtisadi fəallığın artması ilə bağlıdır. Qadınların cəmiyyətdə rolunun artması, iqtisadi fəallığının artmasına önəm veririk. Əminik ki, qadınların ictimai və siyasi fəallığının artması, sahibkarlıq meyllərinin artması Azərbaycan xalqı üçün ənənəvi və məişət ənənələrinə ciddi mənfi təsir göstərməyəcək. Biz elə yolun tapılmasına çalışırıq ki, qadınların iştirakçılıq dərəcəsi artsın, qadınların yerinə yetirdiyi funksiyalarda müsbət inkişaf olsun. İnanırıq ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da qadınlar önənmli funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar”.

Həmçinin oxuyun

Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü TƏFƏRRÜAT

Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə ibtidai …

Bir cavab yazın