Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edildi

Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edildi

Azərbaycanda qətl törədən şəxs Almaniyada həbs edilərək ölkəyə gətirilib.

Bu barədə Report-a Ədliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Almaniya tərəfi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəyəə gətirilib.

Məlumatda həmçinin qeyd olunur ki, ümumiyyətlə isə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …