Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Azərbaycanda qəribə hadisə kameraya düşdü – polisə məlumat verildi (VİDEO)

Azərbaycanda qəribə hadisə kameraya düşdü – polisə məlumat verildi (VİDEO)

Mingəçevirdə bir mağaza sahibi qəribə hadisə ilə üzləşir. Gecə saatlarında kimsə onun mağazasının qarşısına qəribə yazılar olan kağız parçaları qoyur, qapılara divarlara qurd yağı sürtür.Bunu edən şəxs gecə kameraya da düşüb. Lakin hələki onun kimliyi məlum deyil.

Piştaxtaların üzərinə torpaq səpilir, mağazanın qapısına yağ sürtülür. Bu azmış kimi, siqaret kötüklərinə bənzər dualar həmin obyektə atılır. Müxtəlif yazılar olan bükülü kağızlar maqnitlə bərabər ərazidə olan dəmir hissələrə yapışdırlır.

Qeyri-adi hadisə Mingəçevirdə, Mirvari Məmmədovaya məxsus mağazada baş verib. Bir neçə müddətdir davam edən hadisələr obyektə quraşdırlan təhlükəsizlik kamerlarına da düşüb. Görüntülərdə maskalı şəxsin gecə saatlarında satış mərkəzinə yaxınlaşaraq əli ilə obyektin qapı və divarına nəsə sürtdüyü aydın şəkildə görünür. Mirvari Məmmədova həmin şəxsin”qurd yağı” deyilən vasitəni mağazanın müxtəlif hissələrinə sürtməklə onlara pisxoloji təsir göstərməyə cəhd etdiyini deyir.

Mingəçevir sakini baş verən qeyri-adi hadisələrin yeni inşa edilən mənzillərində də qeydə alındığını bildirir. Maraqlı məqam ondan ibarətdir ki, diqqət çəkməmək üçün dualar müxtəlif formalarda hazırlanır.

Mingəçevirdə baş verən hadisə ilə bağlı polisə də məlumat verilb. Məmmədovlar heç kimlə ədavətlərinin olmadığını deyirlər. İndi onlar həmin şəxsin tezliklə ifşa olunmasını istəyir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …