Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda problemli valyuta kreditlərinin həcmi son bir ildə 3 dəfə artıb

Azərbaycanda problemli valyuta kreditlərinin həcmi son bir ildə 3 dəfə artıb

Azərbaycanda kommersiya banklarının vaxtı keçmiş kreditlərinin həcmi 2016-cı il fevralın 1-nə 1 314,6 mln. manat təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən veridiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin həcmi yanvarın 1-nə olan göstərici ilə müqayisədə 193,9 mln. manat və ya 12,8% azalıb, keçən ilin analoji dövrü ilə müqayisədə isə 283,7 mln. manat və ya 27,5% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi fevralın 1-nə 6,2% təşkil edib. Qeyd edək ki, yanvarın 1-nə bu göstərici 6,9%, 2015-ci ilin analoji dövründə isə 5,5% olub.
Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə 659,5 mln. manat olub ki, bu da yanvarın 1-nə nisbətən 180,7 mln. manat və ya 21,5%, ötən ilin fevralın 1-i ilə müqayisədə isə 167 mln. manat və ya 20,2% azdır.

Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manatla kreditlərdə xüsusi çəkisi fevralın 1-nə 6,5%, yanvarın 1-nə 7,6%, keçən ilin analoji dövründə isə 6,1% təşkil edib.
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə 655,1 mln. manat təşkil edib ki, bu da yanavarın 1-i ilə müqayisədə 13,2 mln. manat və ya 2% azdır, ötən ilin analoji dövrü ilə müqayisədə isə 450,7 mln. manat və ya 3,2 dəfə çoxdur.

Xarici valyutada vaxtı keçmiş kreditlərin məcmu valyuta kreditlərində payı fevralın 1-nə 6%, yanvarın 1-nə 6,2%, 2015-ci ilin analoji dövründə isə 4,1% olub.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın