Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Azərbaycanda Polis Şöbəsində insident: Zorlamada təqsirləndirilənlər intihara cəhd etdi

Azərbaycanda Polis Şöbəsində insident: Zorlamada təqsirləndirilənlər intihara cəhd etdi

İmişli Rayon Polis Şöbəsində saxlanılan şəxslər intihara cəhd edib.
Azinforum.az apa-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə təqsirləndirilərək tutularaq İmişli RPŞ-nin müvəqqəti yerinə gətirilən Xalid İbrahimov və Asim Cəfərov kəsici alətlə özlərinə xəsarət yetiriblər.
Həyata keçirilən tədbirlər nəticəsində intihara cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və hər iki şəxsə ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, onlar bu addımı zorlamada təqsirləndiklərinə etiraz olaraq atıblar.
İmişli rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …