Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

Şəmkirdə güllələnmə olub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı onlarda məlumat var: “Hazırda araşdırma aparılır, yekunda mətbuata açıqlama veriləcək”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …