Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Kriminal / Azərbaycanda məktəblilər arasında şok olay: kürəyindən bıçaqladı

Azərbaycanda məktəblilər arasında şok olay: kürəyindən bıçaqladı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Göytəpə qəsəbəsində 2002-ci il təvəllüdlü Ağayev Fuad Adəm oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlum olub ki, o, kürək nahiyəsindən daxilə nüfuz edən bıçaq zərbəsi alıb.

Polis dərhal araşdırmalara başlayıb və məlum olub ki, Fuadı hələ 16 yaşına çatmamış həmyerlisi Məmmədov Nicat Yusif oğlu bıçaqlayıb. Hadisənin mübahisə zəminində baş verdiyi müəyyənləşib.

Bildirilir ki, dalaşan yeniyetmələr orta məktəb şagirdləridir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda qız türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Bildirlir ki, saat …