Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda kreditlər cüzi ucuzlaşıb – MƏRKƏZİ BANK

Azərbaycanda kreditlər cüzi ucuzlaşıb – MƏRKƏZİ BANK

2015-ci ilin yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,2% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,8%-lə, xarici valyutada kreditlər isə 12,6%-lə verilib.

Ölkədə ən bahalı kreditlər cənub bölgəsində – Lənkəran iqtisadi rayonunda ayrılıb –illik 23,2%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (22,2%) və Aran (22,1%) iqtisadi bölgələri dayanır.

Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22%, Quba-Xaçmazda 21,3%, Yuxarı Qarabağda 19,3%, Abşeronda 18,6%, Gəncə-Qazaxda 18,5%, Kəlbəcər-Laçında 17,2%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 11,8% və isə 14,5%-lə.

 Regionun adı Kreditlərin orta illik faiz dərəcəsi
2015-ci ilin əvvəli  2016-cı ilin əvvəli
Azərbaycan 13,7% 13,2%
Bakı 12,3% 11,8%
Abşeron 18,3% 18,6%
Aran 21,3% 22,1%
Dağlıq Şirvan 23,2% 22,2%
Gəncə-Qazax 21,7% 18,5%
Quba-Xaçmaz 20,1% 21,3%
Lənkəran 22,9% 23,2%
Şəki-Zaqatala 21,1% 22,0%
Yuxarı Qarabağ 20,8% 19,3%
Kəlbəcər-Laçın 25,6% 17,2%
Naxçıvan 13,8% 14,5%

Mərkəzi Bank bildirir ki,  2015-ci ildə kreditlər orta hesabla 0,5% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 6 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,4% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,5%, Dağlıq Şirvanda 1,0%, Gəncə-Qazaxda 3,2%, Yuxarı Qarabağda 1,5% olub.

Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,3%, Aranda 0,8%, Quba-Xaçmazda 1,2%, Lənkəranda 0,3%, Şəki-Zaqatalada 0,9%, Naxçıvanda isə 0,7% olub.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın