Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Kriminal / Azərbaycanda keçmiş polis müstəntiqi namus üstündə öldürüldü

Azərbaycanda keçmiş polis müstəntiqi namus üstündə öldürüldü

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.
Belə ki, Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.
Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.
Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kamil Zeynallıya görə jurnalist Məhəmmədəli Qəriblini evindən oğurladacağını deyən bu adamdır-Foto

Kamil Zeynallı açıqlama verib ki, onun adından məni hədələyən adamı tanımır. Sonra deyib ki, guya, …