Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Kriminal / Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açılıb.

Hüseynov Əhəd Həsən oğlu xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinir.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.

Qeyd: Əhəd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barədəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.

1947-ci il təvəllüdlü Əhəd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu

Yanvarın 27-də 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov Özbəkistanda saxlanılıb. Azərbaycanlı kriminalın iki dövlət- …