Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda iqtisadi cinayətlərə görə hansı cəzalar verilir? – SİYAHI

Azərbaycanda iqtisadi cinayətlərə görə hansı cəzalar verilir? – SİYAHI

Ötən il Azərbaycanda vergidən yayınmaya görə 71 nəfər, keyfiyyətsiz məşhsul istehsalına görə 12 nəfər, kreditlərini ödəmədiyinə görə 2 nəfər azadlıqdan məhrum edilib və ya başqa formada cəzalandırılıb.

Bu barədə fins.az-ın sorğusuna cava bolaraq Dövlət Statistika Komitəsindən bildirib. Komitənin fins.az-a təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanda iqtisadi sahədəki cinayətlərə görə, məhkum olunanların sayı artıb. 2015-ci ildə bu maddələrdə tutulanların sayı 3850 nəfər olub. Bir il əvvəl – 2014-cü ildə isə belələri 3678 nəfər idi.

Belə halların əksəriyyəti (3569-u) mülkiyyət əleyhinə olan cinayətlərə, bir hissə (281) isə iqtisadi fəaliyyətə aid cinayətlərə aiddir.

Statistika komitəsinin məlumatına görə, iqtisadi cinayətlər törədən şəxslərə qarşı müxtəlif cəzalar tətbiq edilib. Belə şəxslərə qarşı ən çox təbiq edilən cəza üsulu azadlıqdan məhrum etmədir. Belə ki, 281 nəfərdən 166-sı müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib. Ötən il isə belələrinin sayı 152  idi. 63 nəfər şərti cəza alıb, 18 nəfər isə islah işlərinə cəlb edilib. 28 nəfər cərimə edilib, 6 nəfər isə digər üsullarla cəzalandırılıb.

İqtisadifəaliyyətsahəsində törədiləncinayətlər üzrə məhkumlaratətbiqolunmuş əsascəzatədbirləri (nəfər)
  2015 2014
Məhkum olunanların sayı – cəmi 281 260
    o cümlədən cəza  növləri üzrə:    
müəyyən müddətə  azadlıqdan məhrum olunanlar  166  152
islah işlərinə  cəlb olunanlar  18  20
şərti məhkum  edilənlər 63 50
cərimə edilənlər 28 35
digər cəza növləri ilə  cəzalandırılanlar  6  3

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın