Ana səhifə / Kriminal / Azərbaycanda idxal-ixrac azalıb

Azərbaycanda idxal-ixrac azalıb

2016-cı ildə xarici ticarət əlaqələrinin həcmi 17675,7 mln. ABŞ dolları olub.

Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd olunub ki, ixrac əməliyyatlarının həcmi 9143,3 mln. ABŞ dolları təşkil etməklə əvvəlki ilə nisbətən 28,2%, idxal əməliyyatlarının həcmi isə 8532,4 mln. ABŞ dolları olmaqla müvafiq olaraq 7,4% azalıb. İxracın 86,2%-ni xam neft, təbii qaz və neft məhsulları təşkil edib. Neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi xam neft və neft məhsullarının həcminin azalmasını şərtləndirib.

Ümumiyyətlə, ixracın həcmi 2016-cı ildə 2015-ci illə müqayisədə 28,2%, 2014-cü illə müqayisədə 48,0% azalıb. Qeyri-neft ixracının həcmi ötən ildə cəmi 1230 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2015-ci ildə 1588,7 mln. ABŞ dolları olmuş, beləliklə, 2016-cı ildə azalma əvvəlki illə müqayisədə 23,0% təşkil edib. İdxalın strukturunun təhlili idxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin 23,6% paya malik olduğunu göstərir. Xüsusi çəkisi böyük olan daha bir qrup yeyinti məhsullarıdır. 2015-ci ildə baş verən iki devalvasiya və ötən ildə manatın dəyərsizləşməsinin davam etməsi idxalda bir sıra məhsulların, xüsusilə yeyinti məhsullarının idxalının dəyər ifadəsinə də təsir edib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın