Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq

Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq

Növbəti ildən eitbarən Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq.
Bunu Maliyyə nazirliyi Samir Şərifov bu gün parlamentdə 2016-cı ilin büdcəsinin müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, artıq hökumtə bu istiqamətdə ciddi işlər aparır və növbəti ildən biz təriclə bu sistemi tətbiq etməyə başalyacağıq.
İcbati tibbi sığortanın tətəbiqi ilə bağlı məlumat verən nazir bildirdi ki, icbari sığorta zamanı dövlət xəstənin müəyyən qism xərclərini öz üzərinə götürəcək. “Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər.”
Nazir onu da əlavə etdi ki, bu gün ölkədə mürəkkəb cərrahi əməliyyatlar da həyata keçirilir ki, bu cərrahi əməliyyatları etdirmək hər adamın imkanı daxilinə deyil. “Ona görə də bu əməliyyatların həyata keçrilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Buəməliyyatların həyata keçrilməsi məqsədi ilə tibbi sığortaalr həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə digər qismi isə xəstə tərəfindən ödəniləcək.”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın