Çərşənbə , Aprel 1 2020
Ana səhifə / Kriminal / Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

Azərbaycanda icbarı auditdən yayınma 98%-ə çatır

Azərbaycanda auditor xidmətinin göstərilməsinə dair müqavilələrin sayı azalmağa başlayıb.

Auditorlar Palatasından “Report”a verilən xəbərə görə, cari ilin birinci yarısında auditor xidmətinin göstərilməsinə dair 2 042 ədəd müqavilə imzalanıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında 10% azalma qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda məcburi auditdən keçmə səviyyəsi aşağıdır. 2015-ci ildə Azərbaycanda 67 500 məcburi audit subyekti olub ki, bunun da yalnız 1 458-i auditdən keçib. Belə ki, auditdən keçməli olan subyektlərin 97,8%-i auditdən yayınıb.

Həmçinin oxuyun

Azərbaycanda futbolçunu öldürən şəxs yenidən hakim qarşısına çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə …

Bir cavab yazın