Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 627,0 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% və ya 0,6 min nəfər az sərnişin daşınıb. Daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qaynarinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 18,8% artaraq 58,9 min tona çatıb.

Təhlil olunan dövrdə nəqliyyatçılar 749,2 mln. nəfərə və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,8% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,6 %-i avtomobil nəqliyyatı, 12,2 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən yanvar-may aylarında 85,6 mln. ton yük daşınıb və 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,0% azalma müşahidə olunub. Yüklərin 2,5%-i dəniz, 6,7%-i dəmir yolu, 0,1%-i hava, 61,8%-i avtomobil nəqliyyatı, 28,9%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,2% artaraq 62,4 mln. ton təşkil edib.

Xatırladaq ki, 2015-ci ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 627,6 min sərnişin daşınıb, daşımanın 99,6%-i dövlət, 0,4%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın