Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin kimliyi məlum olub

Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin kimliyi məlum olub

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin əməkdaşlarının Azərbaycanda əməkdaşlıq etdiyi şəxsin Bakıda saxlanıldığı iddia olunur.
Bu barədə erməniəsilli fransız jurnalist Leo Nikolyan Tvitterdə məlumat verib.
“Martin Rayan dekabrın 4-dən Bakıda saxlanılır. “Merkorama” MMC-nin baş direktoru casusluqda ittiham olunur. O, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) əməkdaşı tərəfindən manipulyasiya edilib və əməkdaşlığa məcbur edilib. Gizli danışıqlar gedir”, – jurnalist bildirib.
O, həmçinin M. Rayanın fotosunu da yayıb.

Martin Rayan

Qeyd edək ki, ötən ay Qərb mətbuatında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunmasına dair məlumatlar yayılıb.
Dekabrın 26-da isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib, onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmçinin həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …