Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Azərbaycanda görünməmiş inflyasiya

Azərbaycanda görünməmiş inflyasiya

Bu ilin 7 ayında inflyasiya illik hesablamada 3,7% olub. Bu, son 30 ayda ən yüksək istehlak qiymətləri artımıdır.

Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq 2014-cü ilin yanvar-mayı ilə müqayisədə 5,8% artıb. Qeyri-ərzaq malları 2,9%, xidmətlər 1,2% bahalaşıb.

Azərbaycanda mal və xidmət qiymətləri 21 fevral devalvasiyasından sonra kəskin artıb. Bir gün manat alıcılıq qabiliyyətini 34% itirib. Eyni zamanda, hökumət devalvasiya nəticəsində yaranan itkilərini azaltmaq üçün qiymətləri qaldırmaq istəyən şirkətlərə qarşı inzibati tədbirlər görüb.

Azərbaycanda bu il 2-3% rəsmi inflyasiya proqnozlaşdırılıb və ilin əvvəlində elan edilən proqnoza yenidən baxılmayıb.

Beynəlxalq maliyyə institutları istehlak bazarında vəziyyəti obyektiv qiymətləndirir və 8-10% inflyasiya proqnozlaşdırır.

2013-2014-cü illərdə Azərbaycanda inflyasiya 2,4% və 1,4% olub. (Turan)

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …

Bir cavab yazın