Ana səhifə / Kriminal / Azərbaycanda foto və videoları ilə şantaj edilən qız özünü öldürdü

Azərbaycanda foto və videoları ilə şantaj edilən qız özünü öldürdü

Mayın 8-i saat 22 radələində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şəki rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.

17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Həmçinin oxuyun

Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi – Məhkəmə sədri Həbib Həsənov isə… + VİDEO

Bakı Hərbi Məhkəməsində 9 aya yaxındır ki, Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq …