Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

Azərbaycanda saat 18:00-dan sonra və qeyri-iş günləri valyuta mübadiləsi ilə bağlı problem həll oluna bilər.

Belə ki, “Silk Way” bankı avtomatik valyuta mübadiləsi terminallarının quraşdırılmasına başlayıb.

Hazırda ilk terminal test rejimində bankın baş ofisində işləyir. “Silk Way”-dən verilən məlumata görə, bu terminal vasitəsi ilə birdəfəyə yüz dollardan çox olmayaraq valyuta dəyişmək mümkündür. Bununla belə, yaxın zamanlarda terminal tam rejimdə çalışacaq və məhdudiyyət aradan qaldırılacaq. (Trend)

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın