Çərşənbə , İyul 17 2019
Ana səhifə / Kriminal / Azərbaycanda donuzların sayı azalır

Azərbaycanda donuzların sayı azalır

“Ötən illə müqayisədə Azərbaycanda saxlanılan donuzların sayında azalma müşahidə edilir”.

Bunu AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O qeyd edib ki, hazırda ölkədə 6 min başa yaxın donuz saxlanılır.

“Ötən il Azərbaycanda 7 min başa yaxın donuz saxlanılırdı. Lakin bu il azalma müşahidə olunur. Bu da insanların əvvəlki qədər bu heyvana marağının olmaması, tələbatın azalması ilə bağlıdır”.

M.Hacıyev qeyd edib ki, hazırda ölkədə ən çox donuz saxlanılan yer Qax rayonudur: “Bu heyvanlardan ibarət təsərrüfatlar Qaxda ingoloyların, gürcülərin yaşadığı ərazidə daha çox yayılıb. Burada 1925 baş donuz saxlanılır. Qəbələdə 1407, Xaçmazda 515, Aran bölgəsində 252, Xızıda 450, Qərb bölgəsi, Gəncə ətrafında 147, İsmayıllıda 230 baş donuz saxlanılır. Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən donuz fermaları hamısı özəl təsərrüfatlardır. Ölkəmizdə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsidir”.

Həmçinin oxuyun

Azərbaycanda inanılmaz hadisə – Evə gəlib qayınanasına təcavüz etdi

Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün …

Bir cavab yazın