Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda dollarlaşma səviyyəsi artıb

Azərbaycanda dollarlaşma səviyyəsi artıb

Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi 2016-cı il avqust ayının 1-nə 80,8% təşkil edib. Keçən ay bu göstərici 80,59% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 71,4% təşkil edib.

Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Cəmi depozit bazasında avqustun 1-nə dollarlaşma dərəcəsi 80,01% olub. Keçən ay bu göstərici 80,8%, ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövründə isə 73,3% olub.

Kreditlərin strukturunda avqust ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. İyulun 1-nə bu göstərici 48,08%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,43% olub.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın