Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Kriminal / “Azərbaycanda dollara tələb azalıb” – EKSPERT

“Azərbaycanda dollara tələb azalıb” – EKSPERT

“Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir”.

Bu barədə iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında yazıb.

“2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu, o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də, son 2 gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər”.

Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alan iqtisadçı, bu gün bankların hərraca daha az dollar sifarişi ilə gedəcəklərini deyib: “Müdaxilə olmadığı halda valyuta bazarının qaydaları bunu tələb edir. Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bugünki hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək. Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, mart ayında dollara tələbin yenidən artacağı gözlənilir”.

Həmçinin oxuyun

Səfirliyin pullarını qumarda xərcləyən attaşeyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş 33 yaşlı Nəcib …

Bir cavab yazın