Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Azərbaycanda dollar 1.58 manata düşdü – QİYMƏTLƏR

Azərbaycanda dollar 1.58 manata düşdü – QİYMƏTLƏR

Bu gün fevral ayının 10-da  Azərbaycanın bir çox banklarda dolların satış və alış məzənnəsinin daha da enməsi müşahidə olunur.
Azinforum.az  fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında 1 dolların ən aşağı alış məzənnəsi 1.58 manat, satışı isə 1.73 manatdan başlayır.
Dünən hərracdan sonra dolları 1.6500 manata alan, 1.8000 manata satan “Accessbank” bu gün 1.60 manata alır, 1.7990 manata satır.
“Nikoil Bank” hərracdan sonra dünən 1 dolları 1.6500 manata alırdı, 1.75 manata satırdı. Bu gün isə həmin məzənnə müvafiq olaraq 1.6000 manat,  1.7300 manatdır.
“Atabank” da ABŞ valyutasının məzənnəsini aşağı salıb. Bankda dolların alışı 1.6000 manat, satışı isə 1.7300 manatdır. Xatırladaq ki, dünən Bank dolları 1.6500 manata alıb 1.8350 manata satırdı.
“CDB Bank” isə yalnız satış qiymətini ucuzlaşdırıb. Bu gün bank dolları 1.7700 manata satır. Dünən isə bu məzənnə 1.8300 manat idi.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın