Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Azərbaycanda daha bir neçə siqaretin qiyməti düşüb – Siyahı

Azərbaycanda daha bir neçə siqaretin qiyməti düşüb – Siyahı

“Japan Tobacco International” (JTI) şirkəti daha bir neçə brendlərə aid siqaretlərin Azərbaycan bazarında satış qiymətini ucuzlaşdırıb.
Şirkətdən “Report”a verilən məlumata görə, “LD Extra” və “Sobranie” markalı siqaretlərə aiddir.
Şirkətin “LD Extra” markalı siqaretinin qiyməti 2,60 manatdan 2,20 manata düşüb, “Sobranie” markalı siqaretin qiyməti isə 4,30 manatdan 3,30 manata qədər ucuzlaşıb.
Xatırladaq ki, ötən həftə şirkətə məxsus siqaret çeşidlərində, xüsusən də “Winston” (15%), “Sobranie” (29%), “Camel” (14%) üzrə ucuzlaşma qeydə alınmışdı. “Winston”un qiyməti 3,30 manatdan 2,80 manata, “Camel”in qiyməti isə 3,50 manatdan 3 manata düşüb.
Şirkət bu ucuzlaşmanı alıcılıq qabiliyyəti və qiymətlərin bahalaşmasından sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayının artması ilə bağlı olması ilə əsaslandırmışdı.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın