Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Azərbaycanda daha 3 bankın birləşməsi razılaşdırıldı – RƏSMİ

Azərbaycanda daha 3 bankın birləşməsi razılaşdırıldı – RƏSMİ

Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.

Məlumata görə, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC artıq bu ilin aprel ayında “Parabank” ASC və “Dekabank” ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

“Parabank”dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, “Dekabank”dan isə bu məlumatın səhv olduğunu bildiriblər.

“NBC Bank”dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib. (“Report”)

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …

Bir cavab yazın