Şənbə , May 25 2019
Ana səhifə / Kriminal / Azərbaycanda dəhşətli yol qəzası – 3 ölü, 4 yaralı+ Fotolar

Azərbaycanda dəhşətli yol qəzası – 3 ölü, 4 yaralı+ Fotolar

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“ Azinforum.az ” ın APA-ya istinadən xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Dünyasını dəyişənlər Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğludur.

Xəsarət alan 4 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralananlar arasında üç uşaq var, onların vəziyyəti normaldır.

***

DİN-nin mətbuat xidmətinin qərb regional  qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.

Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …