Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: – Polis bu məktubu yazıb, intihar etdi

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: – Polis bu məktubu yazıb, intihar etdi

Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib.

Bu barədə Oxu.Az-a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb.

Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub. Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.

Hazırda intihar faktını Abşeron rayon Prokurorluğu araşdırır. Hadisə yerində kriminalistlər məktub tapıb. Orada R.Hətəmovun kimlərə borcunun olduğu və müvafiq olaraq məbləğləri göstərilib. Polis əməkdaşının ümumilikdə 15 min manatdan çox borcu yığılıb.

İlkin ehtimala görə, onu bu addımı atmağa məhz maddi sıxıntı və yığılan borcları vadar edib.

Həmçinin oxuyun

Rüşvət almaqda ittiham edilən komandirin işi – əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi

Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.Musavat.com xəbər …