Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Azərbaycanda DƏHŞƏT: Məktəbə gedən şagird transformatorda yandı

Azərbaycanda DƏHŞƏT: Məktəbə gedən şagird transformatorda yandı

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Azinforum.az  baku.ws-ə istinadən xəbər verir ki, rayonun Bozalqanlı kəndində 7-ci sinif şagirdi Kamil Telman oğlu Əhmədov məktəbə gedərkən onu küçədə elektrik cərəyanı vurub.

Belə ki, uşaq kəndin ərazisində elektrik transformatorunun yanından keçərkən naqil qırılıb. Uşaq həmin naqilə toxunub və onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …