Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Azərbaycanda cinayət törədən yeniyetmə və qadınların sayı açıqlandı

Azərbaycanda cinayət törədən yeniyetmə və qadınların sayı açıqlandı

2019-cu ildə Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26672 cinayət qeydə alınıb.
Daxili İşlər Nazirliyinin 2019-cu il üzrə yekun təhlilinə əsasən bu rəqəm 2018-ci il ilə müqayisədə 291 fakt və ya 1,1% çoxdur.  
Bu hüquqpozmaların 7 min 543-nü böyük ictimai təhlükə törətməyən, 14 min 197-ni az ağır, 2 min 752-ni ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olub. Hesabat dövründə 146 insan alveri və dörd məcburi əmək cinayəti müəyyən edilib. 10 nəfərdən ibarət dörd cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 91 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Narkotik cinayətlərinə görə, məsuliyyətə cəlb olunmuş 3 min 199 nəfərdən 2 min 179-u əmək qabiliyyətli işləməyən və oxumayan, 889-u əvvəllər cinayət törətmiş şəxslər, 68-i isə qadınlardır.
Ümumilikdə 2019-cu il ərzində cinayət təqibi nəticəsində 12 min 174 şəxs məsuliyyətinə cəlb edilib. Onlardan 7 min 431-i işləməyən və oxumayan, 2 min 110-u əvvəllər məhkum edilmiş, 648-i qadın, 325-i yetkinlik yaşına çatmayanlar olub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …