Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Azərbaycanda bankların müştəri bazası artıb

Azərbaycanda bankların müştəri bazası artıb

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 61 689 nəfər və ya 1,12% artaraq cari il aprelin 1-nə 5 556 065 nəfər təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Müştərilərin 5 482 376 nəfəri fiziki, 73 689 nəfəri hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 60 695 nəfər və ya 1,12%, hüquqi şəxslərdə isə 994 nəfər və ya 1,37% artıb.

Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım qeydə alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 4 444 nəfər və yaxud 2,34% artaraq 194 117 nəfərə çatıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın