Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Azərbaycanda bank depozitlərinin gəlirliyi kəskin azalıb

Azərbaycanda bank depozitlərinin gəlirliyi kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin oktyabr ayında kəskin azalma göstərib.

Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi sentyabr ayı ilə müqayisədə 2,44 bənd azalaraq illik 6,31%, xarici valyutada isə 0,4 bənd azalaraq 4,72% təşkil edib.

Kommerisya bankları tərəfindən oktyabrda verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,24% və 9,63% təşkil edib. Xatırladaq ki, sentyabrın 1-nə bu göstərici manatda 12,42%, xarici valyutada isə 10,10% olub.

“Report”un analitik qrupu bildirir ki, kredit verilməsi qaydalarında sərtləşmə nəticəsində təklif olunan kreditlərin məbləğinin azalması faizlərin aşağı düşməsinə səbəb olub, bu da öz növbəsində depozit və əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın