Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 252 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 252 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 252,079 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 30,198 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 43,906 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16,800 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,763 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 12,146 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,527 mln manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,723 mln. manat kompensasiya alıblar.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın