Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Kriminal / Azərbaycanda azyaşlılara porno izlədən şəxs həbs edildi

Azərbaycanda azyaşlılara porno izlədən şəxs həbs edildi

İmişlidə azyaşlılara pornoqrafik video izlədən şəxs məhkəmə qarşısına çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, şübhəli şəxs M. Abbasov barəsində cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib.

İmişli Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənddə market işlədən M. Abbasovun azyaşlılara pornoqrafik videolar izlətməsi barədə polisə məlumat daxil olub.

M. Abbasovun video izlətdiyi azyaşlılardan birinin yaxınları isə bir neçə gün əvvəl onun marketinə hücum edib. APA

Həmçinin oxuyun

Rüstəm Usubovun illər əvvəl MTN-də verdiyi sensasion İFADƏ

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq …