Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Azərbaycanda aviaşirkət işçisi təyyarənin yük yerində Almaniyaya qaçdı

Azərbaycanda aviaşirkət işçisi təyyarənin yük yerində Almaniyaya qaçdı

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya gəlib.

Azinforum.az  Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan aviaşirkət əməkdaşı yük təyyarəsi ilə Almaniyada yerə enib.

O, 8 dekabrda Frankfurt-Xan hava limanının uçuş-enmə zolağında saxlanılıb.

Məlumata görə, yük yerində qaçmış kişinin 40 yaşı var. Onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi və yükü olmayıb.

Saxlanılan şəxs Azərbaycana məxsus aviaşirkətlərdən birinin əməkdaşıdır.

İlkin dindirmədən sonra məlu olub ki, həmin şəxs yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib.

O, federal polisə təhvil verilib. Onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi üzrə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …