Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Azərbaycanda atışma – Yaralı və həbs edilənlər var

Azərbaycanda atışma – Yaralı və həbs edilənlər var

Dekabrın 31-də Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində şəhər sakini Vüqar Süleymanov, qardaşı İlqar ilə həmyerliləri Davud Fərəcov arasında baş vermiş münaqişə zamanı, V.Süleymanov tüfəngdən açdığı atəşlə D.Fərəcovun ayaq nahiyələrinə xəsarət yetirib.

Mia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə D.Fərəcov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Süleymanov və İlqar saxlanılıb, Vüqardan müvafiq sənədləri olmayan 1 ədəd tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …