Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Azərbaycanda ata 28 yaşlı oğlunu niyə öldürdü? – DƏHŞƏTLİ QƏTLİN SƏBƏBİ (YENİLƏNDİ)

Azərbaycanda ata 28 yaşlı oğlunu niyə öldürdü? – DƏHŞƏTLİ QƏTLİN SƏBƏBİ (YENİLƏNDİ)

Dünən Ağcabədi rayonunun Təzəkənd kəndində atanın oğlunu qətlə yetirməsinin səbəbləri məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı Tural Cəfərov xeyli vaxt imiş ki, bacısını öldürməklə hədələyirmiş.
Belə ki, Təzəkənd kənd sakini, 4 qız və 1 oğul atası olan 1962-ci il təvəllüdlü Valeh Cəfərovun qızlarından 3-ü ailə qurduqdan sonra boşanaraq onun yanına qayıdıb. Bundan sonra ailədə münasibətlər kəskinləşib və subay olan Tural bacılarından biri ilə daimi münaqişə yaşayıb. Bir müddət əvvəl qız icra hakmiyyətinə və polisə qardaşının onu ölümlə hədələməsi barədə müraciət edib və T.Cəfərovla profilaktik söhbətlər aparılıb. Həmçinin ailə münaqişəli ailə kimi qeydiyyata salınıb.
Lakin dünən evdə növbəti dəfə münaqişə yaranıb. Bu dəfə əsəblərinə hakim ola bilməyən Valeh Cəfərov bıçağı götürərək Turala zərbələr endirib. 28 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
*****
Ağcabədi rayonunda qətl törədilib.
Publika.az xəbər verir ki, dünən saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun münaqişə zəmnində evində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …