Cümə , Oktyabr 18 2019
Ana səhifə / Kriminal / Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirildi

Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirildi

“Ötən altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib”. 
Bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Vilayət Eyvazov bildirib.
Onun sözlərinə görə, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla, bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb. Bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. (APA)

Həmçinin oxuyun

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi, valideyinləri… – Təfərrüatlar

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. Ağdaş …