Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Kriminal / Azərbaycanda 8 cinayətkar dəstə zərərsizləşdirildi

Azərbaycanda 8 cinayətkar dəstə zərərsizləşdirildi

2017-ci ildə ölkədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb.
Bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 17 nəfərdən ibarət 8 cinayətkar dəstə zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.
Qurbanlardan 68-i Azərbaycan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşlarıdır. Onlardan 43 nəfəri istismar məqsədilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliyinə, 8-i Rusiyaya, 5-i Malayziyaya, 4-ü isə Pakistana aparılıb, 2 əcnəbi isə Azərbaycanda istismara məruz qalıb.

Həmçinin oxuyun

“Şişkan”ın dəstəsinin öldürdüyü deputatın və ailə üzvlərinin cəsədləri 4 metr dərinlikdə tapıldı

Moskvaətrafı regionda “qanuni oğru” Oleq Şişkanovun (Şişkan) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri tərəfindən aradan götürülən …