Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Kriminal / Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. 
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib.
Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək, artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb. (Report)

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …